Bank Of Baku

İnquşetiyada törədilmiş partlayış nəticəsində iki polis əməkdaşı yaralanıb

İnquşetiyada törədilmiş partlayış nəticəsində iki polis əməkdaşı yaralanıb
# 23 may 2015 19:28 (UTC +04:00)

Bakı-APA. İnquşetiyada müəyyən edilməmiş partlayıcı qurğunun işə salınması nəticəsində iki polis əməkdaşı yaralanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə regional DİN-in mətbuat xidmətinin rəhbəri Cəbrayıl Şauxalov bildirib.  

 

“Saat 19.00 radələrində Pliyevo və Açaluki yaşayış məntəqələri  arasında yerləşən meşə zolağında əməliyyat-axtarış tədbirləri  zamanı  müəyyən edilməmiş partlayıcı qurğunun işə salınması nəticəsində iki polis əməkdaşı kontuziya olub”, deyə Şauxalov bildirib.   

 

Hadisə yerinə əməliyyat qurumlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR