Bakı-APA. Rusiyanın Kamçatka sahilləri yaxınlığında 3,4 bal gücündə zəlzələ baş verib.
APA-nın “Interfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ust-Kamçatsk şəhərindən 49 km cənubi-şərqdə, 49 km dərinlikdə olub.
Rusiya Federasiyası Fövqəladə hallar nazirliyi Kamçatka diyarı üzrə baş idarəsinin mətbuat xidmətinin açıqlamasına görə, yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı elan edilməyib.