Bank Of Baku

Kiyev aeroportu «Aerosvit»in reyslərinə yenidən xidmət göstərməyə başlayıb

Kiyev aeroportu «Aerosvit»in reyslərinə yenidən xidmət göstərməyə başlayıb
# 05 yanvar 2013 11:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Kiyevin «Borispol» hava limanı Ukraynanın ən iri aviaşirkətlərindən biri olan «Aerosvit»in aviareyslərinə yenidən xidmət göstərməyə başlayıb.
 

«APA-Economics»in məlumatına görə, Kiyevin əsas aeroportu aviaşirkətdən reyslərə xidmət göstərilməsinə görə əvvəlcədən vəsaitin bir hissəsini və gələn günlər üçün vəsaitin ödənilməsinə dair qarant məktubunu alıb. Öhdəliklər yerinə yetirilmədiyi halda, «Borispol» hava limanı yanvarın 9-dan saat 12:00-dan sonra «Aerosvit»in Kiyevdən uçan reyslərinə xidmət göstərməyəcək.
 

Qeyd edək ki, Kiyev-Bakı aviareyslərini yerinə yetirən «Aerosvit» şirkəti Kiyev Təsərrüfat Məhkəməsinə iflas barədə müraciət təqdim edib. Məhkəmənin qərarında göstərilir ki, şirkətin 27 dekabr 2012-ci ilə qədər olan borcu 4,270 mlrd. qrivna (537,5 mln. ABŞ dolları), aktivlərinin balans dəyəri isə 1,467 mlrd. qrivna (184,6 mln. dollar) təşkil edir.

Xatırladaq ki, «Borispol» aeroportu 2012-ci ilin noyabrın 1-dən etibarən «Aerosvit»ə tam ödənişli şərtlərlə xidmət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR