Bank Of Baku

Kiyevdə müxalifət inzibati binaların boşaldılması məsələsinə baxılması üçün bu gün “xalq yığıncağı” keçirəcək

Kiyevdə müxalifət inzibati binaların boşaldılması məsələsinə baxılması üçün bu gün “xalq yığıncağı” keçirəcək
# 15 fevral 2014 23:35 (UTC +04:00)

Bakı-APA. Ukrayna müxalifəti inzibati binaların boşaldılması məsələsinə baxılması üçün bu gün Kiyevin Müstəqillik meydanında “xalq yığıncağı” keçirəcək. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, milliyyətçi “Azadlıq” partiyasının mətbuat katibi Taras Kosivski jurnalistlərə bildirib ki, “qərar fevralın 16-da keçiriləcək “xalq yığıncağı”nda veriləcək”.

 

 Qeyd edək ki, fevralın 14-də Ukrayna məhkəmələrində fevralın 2-də qüvvəyə minmiş amnistiya haqqında qanuna əsasən kütləvi iğtişaşlar iştirakçılarının həbsdən azad olunması və həbs- qətimkan tədbirinin yumşaldılması məsələsinin baxılması yekunlaşıb.

 

“Bu günə istintaq təcridxanalarında yanvar hadisələri ilə bağlı həbs olunan şəxslərdən bir nəfər də olsun qalmayıb. Bütün şübhəli şəxslər barəsində həbs- qətimkan tədbiri dəyişdirilib”, deyə baş prokuror Viktor Pşonka bildirib.  

 

Qeyd olunan qanun həmçinin Ukraynada bütün inzibati binaların və yolların boşaldılmasını nəzərdə tutur.  

 

Hazırda Ukraynada hakimiyyət orqanların 6 inzibati binası etirazçıların nəzarəti altında qalmaqdadır. Bütün inzibati binaların və yolların boşaldılmasına ayrılan müddət fevralın 17-də bitir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR