APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in məlumatında deyilir.
“Tibbi yardım üçün, ümumilikdə, milis orqanlarının və daxili qoşunların 184 əməkdaşı müraciət edib. Kütləvi iğtişaşlar zamanı xəsarət alan asayiş keşikçilərindən 159-u xəstəxanaya yerləşdirilib”, deyə açıqlamada bildirilir.
Onlardan 35 nəfərin vəziyyəti ağırdır. Ümumilikdə, 39 milis əməkdaşı güllə yarası alıb.
**** 01.05
Bakı-APA. Kiyevdə iğtişaşlar zamanı xəsarət alan milis işçilərinin sayı 157-yə çatıb, onlardan 135-i xəstəxanaya yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in açıqlamasında deyilir.
“Tibbi yardım üçün, ümumilikdə, milis orqanlarının və daxili qoşunların 157 əməkdaşı müraciət edib. Kiyevdə kütləvi iğtişaşlar zamanı xəsarət alan asayiş keşikçilərindən 135-i xəstəxanaya yerləşdirilib”, deyə açıqlamada bildirilir.
Onlardan 3-ü aldığı xəsarətlərdən keçinib, 35 nəfərin vəziyyəti ağırdır. Ümumilikdə, 35 əməkdaş güllə yarası alıb.