Bank Of Baku

Köçəryan prezidentliyə namizədliyini irəli sürməməsinin səbəblərini açıqlayıb

Köçəryan prezidentliyə namizədliyini irəli sürməməsinin səbəblərini açıqlayıb
# 15 yanvar 2013 10:17 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryan bu il fevralın 18-də keçiriləcək prezident seçkilərinə qatılmamağının səbəblərini açıqlayıb. APA-nın xəbərinə görə, Köçəryan “Mediamax” agentliyinə müsahibədə bu qərarı üç səbəbdən qəbul etdiyini deyib: “Birincisi, iki qarabağlının, çoxdankı tərəfdaşların arasında mübarizə mənim üçün qəbuledilməzdir. Bu müxtəlif spekulyasiyalara gətirib çıxara bilər. Üstəlik indiki prezidentin namizədliyi üstündə vaxtilə mən dayanmışam və onun ikinci prezidentlik müddətinə öz namizədliyinin irəli sürməsi başa düşünüləndir. İkincisi, üç keçmiş prezidentlərin qatılacağı seçkilərdə iştirak etmək istəmirəm, bu ölkəyə zərərli ola bilər. Və nəhayət üçüncüsü, Ermənistanda siyasi kompromisin axtarış yolları xırda siyasi alverə transformasiya olunub. Buna mən nə vaxtımı, nə biliklərimi, nə də təcrübəmi sərf etmək istəyirəm”.

 

Köçəryan ölkədəki vəziyyətə də toxunub. Onun sözlərinə görə, Ermənistanda vəziyyət heç də ürəkaçan deyil: “Ermənistanda emiqrasiya templəri azalmır, demoqrafik göstəricilər zəifdir, əhali qocalır, bu da təhlükəli tendensiyadır. Ölkənin iqtisadiyyatı inkişaf etməkdədir, amma bu artım zəiflənən sərmayə göstəriciləri fonunda müşahidə olunacaqmı?! İqtisadiyyatımızın inkişafı üçün Abxaziyadan keçən dəmir yolunun açılması yaxşı olardı. Siyasi rəqabətə gəlincə, seçkilər ərəfəsində bu rəqabət zəif görünməyə başlayıb. Bu da iqtidarın effektiv işləməsinə kömək etməyəcək və cəmiyyətdə apatiyaya səbəb olacaq”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR