Bank Of Baku

Krım rəhbərliyi martın 7-də Moskvaya səfər edəcək

Krım rəhbərliyi martın 7-də Moskvaya səfər edəcək
# 04 mart 2014 19:33 (UTC +04:00)

Bakı-APA. Krım rəhbərliyi Rusiya Dövlət Duması ilə danışıqların aparılması üçün bu həftə Moskvaya səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Muxtar Respublikanın Ali Şurasının spikeri Vladimir Konstantinov deyib.  

 

“Dörd nəfərdən ibarət nümayəndə heyəti formalaşdırılıb. Martın 6-da Moskvaya yola düşəcəyik, martın 7-də isə həmkarlarımızla danışıqlar aparacağıq. Bütün məsələləri müzakirə etmək niyyətindəyik -  dərman, ərzaq təminatı, humanitar məsələlər, maliyyə yardımı”, deyə Konstantinov bildirib.

 

Onun sözlərinə görə, həmçinin Krımın turizm sahəsinin fəaliyyəti müzakirə olunacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR