Bakı. Anaxanım Hidayətova-APA. Krım rəhbərliyi yarımadaya girişi qadağan olunan şəxslərin siyahısını hazırlayıb.
APA-nın BBC-nin rus xidmətinə istinadən verdiyi məlumata görə, siyahıya ukraynalı siyasətçilər və ictimai xadimlər daxil edilib.
“Qara siyahı”da Ukraynanın 320 vətəndaşı yer alıb. Onların arasında baş nazir Arseniy Yatsenyuk, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov, Milli təhlükəsizlik və müdafiə Şurasının rəhbəri Andrey Parubiy, daxili işlər naziri Arsen Avakov və digərləri var.
Bundan başqa siyahıya prezidentliyə potensial namizədlər – Yuliya Timoşenko, Vitaliy Kliçko və Pyotr Poroşenkonun adı daxil edilib.