Bakı - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ATƏT Kiyev hakimiyyəti və etirazçılar arasında dialoqun təşkilinə vasitəçilik edə bilər.
APA-nın "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, Peruya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov perulu həmkarı Eda Rivasla görüşdən sonra bildirib ki, ATƏT-in vasitəçiliyi ilə Kiyev hakimiyyəti və onun opponentləri arasında dialoq təşkil edilə bilər.
“Biz ümid edirik ki, bu məsələdə şübhəsi olan qərbli həmkarlarımız da etiraz etməkdən vaz keçəcəklər və iki tərəf arasındakı razılaşmalara mane olmayacaqlar" - deyə nazir vurğulayıb.