Bank Of Baku

Mahaçqalada Dağıstan məmurlarına məxsus maşın korteji qəzaya uğrayıb

Mahaçqalada Dağıstan məmurlarına məxsus maşın korteji qəzaya uğrayıb
# 23 avqust 2013 01:49 (UTC +04:00)

Bakı-APA. Avqustun 22-i axşam saatlarında Mahaçqalada şəhər merinin səlahiyyətlərini müvəqqəti icra edən Murtazəli Rabadanovun və Dağıstanın ticarət naziri Yusup Umavovun olduğu maşın korteji qəzaya uğrayıb. APA-nın xəbərinə görə, hadisə barədə “RİA Novosti”yə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

“Avqustun 22-i axşam saatlarında Mahaçqala merinin səlahiyyətlərini müvəqqəti icra edən Murtazəli Rabadanovun və Dağıstanın ticarət naziri Yusup Umavovun korteji qəzaya uğrayıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb”, deyə mənbə bildirib. Məlumata görə, xəsarət alan şəxslər məmurların korteji ilə toqquşan avtomobildə olub.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR