Bank Of Baku

MDB-nin icraçı katibi: “Bu vaxtadək Ukrayna tərəfindən MDB-dən çıxacağına dair hər hansı işarə yoxdur”

MDB-nin icraçı katibi: “Bu vaxtadək Ukrayna tərəfindən MDB-dən çıxacağına dair hər hansı işarə yoxdur”
# 18 mart 2014 08:19 (UTC +04:00)

APA-nın MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu MDB-nin icraçı katibi Sergey Lebedev Ukraynanın MDB-dən çıxmaq təşəbbüsünü şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Ukrayna XİN rəhbərinin müavini bu günlərdə ölkəsinin MDB-də qalacağını, habelə qurumda sədrliyini qoruyub saxlamaq niyyətini açıqlayıb.  

 

“Ümid edirik ki, belə də olacaq”, - deyə S.Lebedev vurğulayıb.

 

MDB icraçı katibi həmçinin qeyd edib ki, qonşularla tərəfdaşlıq olduqca vacibdir. “Bu cür əlaqələr bu gün də bizə çətinlikləri dəf etməyə imkan verir. Bu obyektiv reallıq MDB-nin yaşayacığına təminatdır. Şübhəsiz ki, qurum transformasiya oluna bilər, lakin o, hər bir ölkənin maraqlarına cavab verməkdə davam etməlidir”, - deyə o vurğulayıb.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR