Bakı. Anaxanım Hidayətova-APA. Ümid edirəm ki, Ukraynadakı hadisələr bu ölkənin MDB-dəki fəaliyyətinə təsir göstərməyəcək.
APA-nın məlumatına görə, bunu İTAR-TASS-a müsahibəsində MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
O bildirib ki, Ukraynanın MDB-dəki sədrliyi altında tədbirlər plandan kənara çıxmır: “Onların dəyişdirilməsi ilə bağlı Kiyevdən hər hansı təklif daxil olmayıb”.
Bununla belə S.Lebedev Ukraynadakı hadisələrin narahatlıq doğurduğunu da qeyd edib. “Ümid edirik ki, daxildəki çətinliklər Ukraynanın MDB ölkələri ilə əlaqələrinə təsir etməyəcək. Məhz inteqrasiya əməkdaşlığı Ukrayna iqtisadiyyatının böhrandan çıxmasına kömək edəcək. Ukraynanın idxal-ixrac əməliyyatlarının 40% MDB ölkələrinin payına düşür. Azad ticarət zonası haqda saziş tam qüvvəyə düşəndən sonra isə bu göstərici arta bilər”.