Bank Of Baku

Moskva Cimmi Karterin Suriyada İŞİD-ın mövqelərini əks etdirən xəritəni Rusiyaya verdiyini təsdiqləyib

Moskva Cimmi Karterin Suriyada İŞİD-ın mövqelərini əks etdirən xəritəni Rusiyaya verdiyini təsdiqləyib
# 22 oktyabr 2015 15:50 (UTC +04:00)


Moskva. Fərid Əkbərov – APA. Moskva ABŞ-ın eks-prezidenti Cimmi Karterin Suriyada İŞİD-ın mövqelərini əks etdirən xəritəni Rusiyaya verdiyini təsdiqləyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
 
“Mən bu məlumatın doğruluğunu təsdiq edə bilərəm. Həqiqətən də Cimmi Karter Rusiya tərəfinə onun Prezident Mərkəzi tərəfindən tərtib olunmuş və Suriyada hökumət, İŞİD, eləcə də digər qrupların mövqelərini əks etdirən xəritənin göndərilməsi təklifi ilə müraciət edib”, - deyə Rusiya XİN-in sözçüsü bildirib. 
 
M. Zaxarovanın sözlərinə görə, əldə olunan coğrafi məlumatlar gizli informasiya deyil: “Bu məlumatların əksər hissəsi mərkəzin saytında yerləşdirilib”.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR