Bank Of Baku

Moskvada Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 65-ci iclası keçirilib - FOTOSESSİYA

Moskvada Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 65-ci iclası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 13 mart 2015 14:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 65-ci iclası keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumdünya Ticarət Mərkəzində keçirilən iclasda MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrinə dair bir sıra məsələlər müzakirə olunub.

 

İclasda MDB ölkələrinin maliyyə-iqtisadiyyat sahəsindəki aktual problemlərinə dair birgə layihə və 2015-2016-cı illərdə dövlətlərarası innovativ əməkdaşlıq proqramının həyata keçirilməsi ilə bağlı kompleks tədbirlər planı təsdiq olunub. MDB iştirakçı dövlətlərinin əməkdaşlığının əsas istiqaməti 2025-ci ilə qədərki dövrdə meşə təsərrüfatı və meşə sənayesi olub.

 

İclasda "EvrAzES-ə üzv dövlətlərin ərazilərinin rekultivasiyası" proqramı da təsdiq olunub.

 

MDB ölkələrin İqtisadi Şurasının 65-ci iclasında təşkilata üzv dövlətlərdə kiçik və orta sahibkarlığın vəziyyətinə dair məlumat təqdim olunub. 

 

Bundan başqa, iclasda bir neçə təşkilati və büdcə-maliyyə məsələlərinə baxılıb. Bildirilib ki, müzakirə olunan qeyd və təkliflər nəzərə alındıqdan sonra layihə sənədləri baxılması üçün MDB hökumət başçılarına təqdim olunacaq.

 

MDB İqtisadi Şurasının növbəti iclasının 2015-ci ilin iyununda Sankt-Peterburq şəhərində keçirilməsi qərara alınıb.

 

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 65-ci iclasında Azərbaycanının baş nazirinin müavini Yaqub Eyyubov və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR