APA-nın Moskva müxbirinin məlumatına görə, “Vnukovo” hava limanı yaxınlığında baş verib.
Rusiya Daxili İşlər Nazirliyin yaydığı məlumata görə, Çexiyadan uçan təyyarə “Vnukovo” aeroportunun enmə zolağına sərt eniş edib. Nəticədə təyyarədə yanğın başlayıb.
Rusiya DİN-in yaydığı ilkin məlumatda ölənlərin olmadığı bildirilib.
“Red Wings” şirkətinə məxsus “Tu-204” təyyarəsinin göyərtəsində 4-ü ekipaj üzvü olmaqla, 12 nəfər olub. Hələlik hadisə zamanı ölən və yaralananların olması barədə rəsmi məlumat verilmir.
Rusiya informasiya agentlikləri isə hadisə şahidlərinə istinadən hadisə zamanı 1 nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı barədə məlumat yayıb.