Bank Of Baku

Mustafa Cəmilov: “Ukrayna ilə Türkiyə arasında azad iqtisadi zona haqqında saziş imzalana bilər”

Mustafa Cəmilov: “Ukrayna ilə Türkiyə arasında azad iqtisadi zona haqqında saziş imzalana bilər”
# 19 dekabr 2015 02:41 (UTC +04:00)

Bakı-APA. “Türkiyə Ukrayna ilə ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır, ölkələr azad iqtisadi zona haqqında saziş imzalaya bilər”.

 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin Krım tatarlarının işləri üzrə müvəkkili Mustafa Cəmilov Türkiyəyə səfərini şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, Türkiyə rəhbərliyi ilə görüşlərdə iki ölkə arasındakı qarşılıqlı münasibətlər müzakirə olunub.

 

“Ukrayna və Türkiyə arasında azad iqtisadi zonanın yaradılması imkanlarını müzakirə etdik. Gələn ilin əvvəlində Türkiyənin baş naziri Ukraynaya səfər edəcək, martda isə Pyotr Poroşenkonun Ankaraya rəsmi səfəri nəzərdə tutulub. Bir sözlə, münasibətlərimizi inkişaf etdirəcəyik”, deyə M.Cəmilov qeyd edib.O əlavə edib ki, Ukrayna və Türkiyə iş adamlarının biznes forumu keçiriləcək.

 

M.Cəmilov həmçinin bildirib ki, görüşdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA)  iki ölkənin  fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR