Bank Of Baku

Ötən il Rusiyada 25 terror aktının qarşısı alınıb

Ötən il Rusiyada 25 terror aktının qarşısı alınıb
# 28 fevral 2018 09:42 (UTC +04:00)

Xüsusi xidmət orqanları 2017-ci ildə Rusiyada 25 terror aktının qarşısını alıblar.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Milli Antiterror Komitəsinin (MAK) aparat rəhbərinin müavini İqor Kulyagin deyib. O bildirib ki, terror cinayətlərinin sayı ötən il ərzində 25 faiz azalıb: "Rusiyanın bütün regionlarının birgə faəliyyəti nəticəsində ölkə ərazisində terror cinayətlərinin sayı azalıb. 2016-cı illə müqayisədə 2017-ci ildə bu istiqamətdə cinayətlərin sayında 25 faiz azalma baş verib".
 
İ. Kulyagin bu dövr ərzində Şimali Qafqaz ərazisində terror cinayətlərinin iki dəfə azaldığını, Dağıstanda isə dörd dəfə azaldığını qeyd edib: "Güc strukturları ötən il ərzində Rusiyada antiterror əməliyyatı keçirən zaman 1000-dən çox döyüşçünü və onların yardımçılarını saxlayıblar. 90 nəfər isə müqavimət göstərdikləri vaxt məhv edilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR