Bank Of Baku

Oxot dənizində balıq ovlayan gəmi qəzaya uğrayıb, 54 nəfər ölüb, 15 nəfər itkin düşüb - YENİLƏNİB

Oxot dənizində balıq ovlayan gəmi qəzaya uğrayıb, 54 nəfər ölüb, 15 nəfər itkin düşüb - <span style="color: red;">YENİLƏNİB
# 02 aprel 2015 03:36 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-in Kamçatka üzrə İdarəsinin nümayəndəsi bildirib.  

 

“Balıq ovlayan gəmilər tərəfindən 63 nəfər sudan sağ çıxarılıb. Hadisə yerində 26 gəmi var”, deyə mənbə bildirib.  

 

Qeyd edək ki, “Dalni Vostok” gəmisi aprelin 2-nə keçən gecə Oxot dənizi akvatoriyasında batıb. İlkin məlumata görə, gəminin göyərtəsində 132 nəfər – 78 rusiyalı və 54 əcnəbi olub. Dəqiqləşdirilmiş məlumata əsasən, əcnəbilərdən 42-si Birma, üçü Latviya, dördü Ukrayna və beşi Vanuatu vətəndaşı olub.  

 

Kamçatka Dənizdə Xilasetmə Mərkəzindən bildirilib ki, gəmi qəzaya uğrayan zaman ekipaj üzvlərinin hamısı xilasedici canlıq və termokostyumda olublar.  

 

Məlumata görə, gəmi Maqadandan 300 km aralıda batıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR