Bakı-APA. Özbəkistan parlamenti baş nazirin səlahiyyətlərinin artırılması məsələsini nəzərdən keçirir.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, müvafiq qanun layihəsi parlamentə prezident İslam Kərimovun təşəbbüsü ilə daxil olub.
Konkret olaraq prezidentin səlahiyyətlərinin bir hissəsinin baş nazirə verilməsi, habelə Nazirlər Kabinetinin hüquq və səlahiyyətlərinin artırılması nəzərdə tutulur.