Bank Of Baku

Özbəkistanda prezidentin qızı Gülnarə Kərimovaya yaxın olan şəxslər saxlanılıb - VİDEO

Özbəkistanda prezidentin qızı Gülnarə Kərimovaya yaxın olan şəxslər saxlanılıb - <span style="color: red;">VİDEO
# 18 fevral 2014 07:53 (UTC +04:00)

Bu barədə APA Özbəkistanın Baş Prokurorluğunun rəsmi saytına istinadən məlumat yayıb.

 

Məlum olub ki, saxlanılan şəxslərin adları “Terra Group”, “Prime Media”, “Gamma Promotion” və digər şirkətlərlə bağlı açılan cinayət işində hallanır. Həmin şirkətlər vergidən yayınma və digər maliyyə cinayətlərdə ittiham olunur.

 

Saxlanılanlardan biri Rüstəm Madömərovdur. G.Kərimova ilə vətəndaş nigahda olduğu bildirilən R.Madömərov mağazalar şəbəkəsinə malikdir. 2013-cü ilin payızında artıq o bir dəfə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Milliyyətə erməni Qayane Avakyan isə yerli mətbuatda G.Kərimovanın “sağ əli” kimi xarakterizə olunur. Vaxtilə onun adı “TeliaSonera” şirkəti ilə bağlı maliyyə fırıldağında hallanırdı.

 

Saxlanılan daha bir şəxs isə Yekaterina Klüyevadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR