Bank Of Baku

Nikol Paşinyan Ermənistanın baş naziri seçilib

Nikol Paşinyan Ermənistanın baş naziri seçilib
# 08 may 2018 11:35 (UTC +04:00)

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçilib.

 

APA-nn “Aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün Ermənistan parlamentinin xüsusi iclası keçirilib. 

 

Səsvermə zamanı 59 deputat "Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri N. Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib.

 

Qeyd edək ki, mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib.

 

Xatırladaq ki, deputat N. Paşinyan aprelin 13-dən İrəvanda başlayan kütləvi etiraz aksiyalarına rəhbərlik edib. Aksiyaçılar sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış ediblər. Etiraz aksiyalarının nəticəsi olaraq baş nazir Serj Sarkisyan istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR