APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Görüşün gündəliyi maksimum genişdir. Bu, təbiidir. Lakin sanksiyalar bizim mövzumuz deyil”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Soçidə Vladimir Putinin Con Kerri ilə görüşü keçiriləcək.