Bakı – APA. Rusiya prezidenti Vladimir Putin əks-sanksiyaların müddətinin uzadılmasına dair fərman imzalayıb.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, əks-sanksiyalar 2017-ci ilin dekabrın 17-dək qüvvədə olacaq.
Rusiya prezidenti hökumətə müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.