Bakı-APA. Rusiya prezidenti Vladimir Putin “G-20” liderləri ilə işçi şam yeməyindən sonra Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə görüş keçirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskob bildirib ki, görüş zamanı Suriya probleminə də toxunulub. “Tərəflər arasında növbəti dəfə Suriya məsələsi ətrafında fikir mübadiləsi aparılıb”, deyə Peskov bildirib.