Bank Of Baku

Putinin reytinqi yeni rekorda imza atıb

Putinin reytinqi yeni rekorda imza atıb
# 22 oktyabr 2015 11:16 (UTC +04:00)

Bakı - APA. Rusiya prezidenti Vladimir Putinin nüfuzu yeni rekorda imza ataraq 89,9 faizə çatıb.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə İctimai Fikrin öyrənilməsi barədə Ümumrusiya Mərkəzinin yaydığı press-relizdə deyilir.

 

Qeyd olunur ki, bu rəqəm 2015-ci ilin iyununda qeydə alınmış göstəricidən çoxdur. Ölkə prezidentinin yüksək reytinqinə Rusiya aviasiyasının sentyabrın 30-dan başlayaraq Suriyada terrorçulara qarşı əməliyyatlara başlaması kimi amillər təsir edir.

 

Rəyi soruşulanların 9 faizi idman hadisələri, 5 faizi Ukraynadakı vəziyyəti, 2 faizi Putinin iqtisadiyyat və mədəniyyət sahələrindəki fəaliyyətini yüksək qiymətləndirdiyini açıqlayıb.  Respondentlərin 49 faizi isə cavab verməkdə çətinlik çəkib.

 

Qeyd edək ki, 17-18 oktyabr tarixlərində keçirilən sorğuda 1,6 min respondent iştirak edib. Putinin reytinqi 2014-cü ilin yazından, Krımın Rusiyaya birləşdirilməsindən sonra artmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR