Bank Of Baku

Qazaxıstan Rusiyadan benzinin idxalına qadağa qoymaq niyyətindədir

Qazaxıstan Rusiyadan benzinin idxalına qadağa qoymaq niyyətindədir
# 30 may 2018 01:33 (UTC +04:00)

Qazaxıstan elektron hökumət portalında energetika naziri Kanat Bozumbayevin dəmiryolu nəqliyyatı vasitəsilə Rusiyadan ölkəyə benzinin idxalına qadağa qoyulması haqqında əmr dərc edilib.  APA-nın “Sputnik Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, qərar iyunun 6-dək ictimai müzakirəyə çıxarılıb.    

 

Qadağanın 3 ay müddətinə tətbiq edilməsi təklif olunur.

 

Əmr rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.

 

Kanat Bozumbayev apreldə Qazaxıstanda yanacağın bolluğu səbəbindən benzinin ucuzlaşa biləcəyi barədə açıqlama vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR