Bank Of Baku

Qırğızıstanda özbəklər tərəfindən girov götürülmüş şəxslərdən 14 nəfər azadlığa buraxılıb

Qırğızıstanda özbəklər tərəfindən girov götürülmüş şəxslərdən 14 nəfər azadlığa buraxılıb
# 07 yanvar 2013 08:10 (UTC +04:00)

Bakı-APA. Qırğızıstanın Batken rayonunda girov götürülmüş şəxslərdən 14 nəfər azadlığa buraxılıb. APA-nın məlumatına görə, girovlar onları saxlayan Özbəkistan vətəndaşları ilə danışıqlardan sonra azadlığa buraxılıb. Azad edilən qadın və uşaqların səhhətləri normaldır. Hazırda ən azı 24 nəfərin girov saxlandığı güman edilir.

 

Hadisə Özbəkistanın Sox anklavında, Xuşyar kəndində baş verib. Özbəklər elektrik ötürücüləri üçün dirək quraşdıran qırğız sərhədçilərə hücum edərək onları tərksilah etmək istəyiblər. Bəzi sərhədçilər hücum nəticəsində xəsarət alıb, özbəklər iki avtomobili yandırıb, bir sərnişin avtobusunu darmadağın ediblər. Avtobusda olan sərnişinlər isə girov götürülüb. Özbəkistan vətəndaşlarının bu addımını səbəbləri məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR