Bakı. Anaxanım Hidayətpva-APA. Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq “xarici işlər naziri” Arman Melikyan prezident seçkilərində iştirak etmək üçün sənədlərini Ermənistan Mərkəzi Seçki Komissiyasına təqdim edib. APA-nın xəbərinə görə, bu barədə erməni mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Ermənistanda prezident seçkiləri gələn il fevralın 18-də keçiriləcək. İndiyədək prezidentliyə 9 namizəd sənədlərini MSK-ya təqdim edib.