Bank Of Baku

Rostovda fövqəladə vəziyyət rejimi elan olunub

Rostovda fövqəladə vəziyyət rejimi elan olunub
# 01 iyul 2016 00:45 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Rostov-Don şəhərində intensiv yağışlar səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub.    

 

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətini məlumatında bildirilir.

 

Məlumata görə, fövqəladə vəziyyət rejimi yerli vaxtla 20.40-da (Bakı vaxtı ilə 21.40-da) elan olunub. Aramsız yağan leysan yağışları güclü küləklə müşayiət olunub, küçələr və həyətyanı sahələr su altında qalıb.  

 

Məlumata görə, qasırğa nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. 

 

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Rostov-Donda operativ qərargah yaradılıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR