Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Almaniya tərəfinin təşəbbüsü ilə AFR və Rusiya xarici işlər nazirləri Frank-Valter Ştaynmayer və Sergey Lavrov arasında telefon danışığı olub.
APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər ATƏT-in monitorinq missiyasının göndərilməsi daxil olmaqla, Ukraynadakı vəziyyəti müzakirə ediblər.