Bank Of Baku

Rusiya və Ermənistan baş nazirləri arasında telefon danışığı olub

Rusiya və Ermənistan baş nazirləri arasında telefon danışığı olub
# 31 mart 2015 04:59 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir.

 

“Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya hökumətinin sədri  Dmitri Medvedev  və Ermənistanın baş naziri Ovik Abramyan arasında telefon danışığı olub. İqtisadi-ticarət və investisiya əməkdaşlığının aktual məsələləri, həmçinin, Avrasiya İqtisadi Birlik çərçivəsində  inteqrasiya əməkdaşlığı müzakirə olunub”, deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, Qazaxıstan, Rusiya və Belarus 2014-cü ilin mayın 29-da Astanada  Avrasiya İqtisadi Birlik haqqında müqavilə imzalayıblar. Müqavilə 2015-ci ilin yanvarın 1-də qüvvəyə minib. Ermənistan 2015-ci ilin yanvarında Avrasiya İqtisadi Birliyə qoşulub. Mayda Qırğızıstanın da AİB-ə qoşulması gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR