Bank Of Baku

Rusiya və Ermənistan öz hava hücumundan müdafiə sistemlərini birləşdirib

Rusiya və Ermənistan öz hava hücumundan müdafiə sistemlərini birləşdirib
# 23 dekabr 2015 12:37 (UTC +04:00)

Şoyqu və Ohanyan bu barədə müqavilə imzalayıblar

 

Moskva. Fərid Əkbərov - APA. Moskvada Rusiya və Ermənistan müdafiə nazirləri arasında ikitərəfli görüş keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Sergey Şoyqu və Seyran Ohanyan Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqqında müqavilə imzalayıblar. 


Görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR