Bakı. Anaxanım Hidayətova – APA. Sentyabr ayının ikinci yarısında Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında növbəti görüş keçiriləcək.
APA-nın Rusiya XİN-ə istinadən xəbərinə görə, tərəflər arasında baş tutan telefon danışığında görüşə hazırlığın detalları müzakirə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlərin praktik məsələlərinə, o cümlədən oktyabrda Gürcüstanda keçiriləcək prezident seçkilərindən sonra iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivlərinə də toxunulub.