Bank Of Baku

Rusiya vətəndaşları Türkiyənin Rusiyadakı səfirliyi önündə aksiya keçirirlər

Rusiya vətəndaşları Türkiyənin Rusiyadakı səfirliyi önündə aksiya keçirirlər
# 24 noyabr 2015 18:02 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada bir qrup şəxs Türkiyənin Rusiyadakı səfirliyi önündə aksiya keçirirlər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Türkiyənin Rusiyadakı  səfirliyinin binası önünə toplaşan bir qrup Rusiya vətəndaşı Türkiyənin Suriya ilə sərhəddə Rusiya qırıcı təyyarəsi vurmasına etirazlarını bildiriblər.

 

Bir qrup etirazçı əllərində tutduqları "Türkiyə bunun cavabını verməlidir", "Bunun qisası alınacaq", “Pilotlar terrorçuları məhv edirdilər", “Türkiyə, İŞİD-in yanındasan, ya ona qarşısan?" kimi şüarların yazıldığı plakatlarla etirazlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR