Bank Of Baku

Nazir: İordaniya ilə qarşılıqlı səfərlərin sayının artırılmasına ehtiyac var

Xarici işlər naziri Ceyhun Bayramov

© APA | Xarici işlər naziri Ceyhun Bayramov

# 08 iyul 2026 13:17 (UTC +04:00)

"Turizm sektorunun inkişafı xüsusi perspektivə malikdir. Qarşılıqlı səfərlərin sayında ötən il kifayət qədər artım gördük".

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadinlə birgə mətbuat konfransında deyib.

Nazir bu sahədə əlavə tədbirlərə ehtiyac olduğunu qeyd edib: “May ayının sonundan həftədə bir dəfə birbaşa reyslərə başlanılıb, bu səfərlərin sayının artırılmasına ehtiyac var. Bu gün ümumvətəndaş pasportuna sahib şəxslər üçün viza rejiminin qarşılıqlı ləğvinə dair saziş imzaladıq”.

Ceyhun Bayramov həmçinin bildirib ki, ölkələrin potensialı daha yaxşı irəli aparıla bilər: Bizim əlaqələrimiz turizm, biznes və digər sahələrdə genişləndirilə bilər. Bu gün imzaladığımız iki saziş bu inkişafa çox müsbət təsir edəcək. Biz daha çox əməkdaşlıq etmək istəyirik. Növbəti aylarda əməkdaşlıq daha da güclənəcək. Ticarət, turizm və biznes dairələri arasında əməkdaşlığın genişlənməsi üçün komandalarımız işləyir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR