APA-nın məlumatına görə, bu müraciət ABŞ hüquq-mühafizə orqanlarının onlara qarşı hansısa iddiası olduğuna dair ciddi əsaslara malik vətəndaşlara ünvanlanıb.
XİN müraciətdə müxtəlif ölkələrdə ABŞ xüsusi xidmət orqanlarının sorğusu əsasında saxlanan Rusiya vətəndaşlarının siyahısına da yer verib. Həbs olunanlar arasında Dmitri Ustinov (Litva), Maksim Çuxarev (Kosta-Rika) və Aleksandr Paninin (Dominikan Respublikası) adları çəkilir.