Bank Of Baku

Rusiya XİN: Abxaziya və Cənubi Osetiyanı tanımaqdan imtina etməyəcəyik

Rusiya XİN: Abxaziya və Cənubi Osetiyanı tanımaqdan imtina etməyəcəyik
# 25 yanvar 2018 13:05 (UTC +04:00)

”İki ölkə arasında diplomatik münasibətləri Gürcüstan dayandırıb. Onların nöqteyi-nəzərindən diplomatik münasibətlərin bərpasının şərti Rusiyanın Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaqdan imtina etməsidir”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Kommersant"a müsahibəsində deyib. O bildirib ki, Moskva buna getməyəcək: “Qərar qətidir. Biz, bu iki gənc Qafqaz respublikası ilə müttəfiqlik münasibətlərimizi inkişaf etdiririk. Əməkdaşlığımızın dərinləşməsinə istiqamətlənən olduqca möhkəm müqavilə-hüquq bazamız var. Gürcüstan tərəfi yeni reallıqları nəzərə alaraq diplomatik münasibətləri bərpa etməyə hazır olan kimi, biz dərhal buna müsbət reaksiya verəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR