Bank Of Baku

Rusiya XİN: Beynəlxalq təşkilatların qəbul etdiyi birtərəfli qətnamələr heç kəsə xeyir gətirməyib

Rusiya XİN: Beynəlxalq təşkilatların qəbul etdiyi birtərəfli qətnamələr heç kəsə xeyir gətirməyib
# 06 fevral 2014 15:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Beynəlxalq təşkilatların qəbul etdiyi birtərəfli qətnamələr heç kəsə xeyir gətirməyib. Əksinə, problemləri daha da dərinləşdirib”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç Avropa Şurası Parlament Assambleyasının “Maqnitski işi” və “Ukraynadakı vəziyyət barədə” qətnamələrinə münasibət bildirərkən söyləyib.

 

Rusiya XİN rəsmisi bildirib ki, Avropa Şurasının qətnamələri problemləri həll etmir: “Bu qəbildən olan birtərəfli qətnamələr heç kəsə xeyir gətirməyib. Belə qətnamələr problemlərin tənzimlənməsini daha da dərinləşdirir”.

 

Qeyd edək ki, AŞPA-nın qış sessiyasında “Maqnitski işi” adlı qətnamə qəbul olunub. AŞPA Avropa Şurasının Nazirlər Komitəsinə Maqnitski işinin təhqiqatına qoşulmağı məsləhət görüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR