Bank Of Baku

Rusiya XİN: NATO qüvvələrinin Rusiya ilə sərhəddə yerləşdirilməsi cavabsız qalmayacaq

Rusiya XİN: NATO qüvvələrinin Rusiya ilə sərhəddə yerləşdirilməsi cavabsız qalmayacaq
# 11 mart 2015 14:32 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “NATO qüvvələrinin Rusiya ilə sərhəddə yerləşdirilməsi cavabsız qalmayacaq”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin silahların yayılmaması və nəzarət departamentinin direktoru Mixail Ulyanov bəyan edib.

 

O bildirib ki, NATO ölkələri qüvvələrin yerləşdirilməsi prinsipini daimi yerləşdirilmə ilə deyil, rotasiya əsasında həyata keçiriblər. 


Diplomat qeyd edib ki, Moskva üçün bu qüvvələrin daimi və ya rotasiya əsasında yerləşdirilməsinin fərqi yoxdur: "Biz bundan sonra da müşahidə aparacağıq. Hələlik qaydaların pozulması haqqında nəticələr çıxarmamışıq. Lakin lazım olduğu təqdirdə, bunu edəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR