Moskva. Fərid Əkbərov - APA. Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı Türkiyə səfirliyinə qarşı hücum faktına münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Rusiyanın ölkə ərazisində olan xarici diplomatların təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etdiyini söyləyib. O bildirib ki, bundan sonra da rəsmi Moskva bu istiqamətdə mümkün olanı edəcək: “Səfirliklə bağlı baş verən hadisəyə mənəvi baxımdan yanaşmaq lazımdır. Nəticədə bir nəfərin həyatını itirməsinə baxmayaraq Suriyada baş verən hadisə hər kəsə təsir edib”.