Bank Of Baku

Rusiyada baş verən ağır yol qəzası nəticəsində 11 nəfər ölüb

Rusiyada baş verən ağır yol qəzası nəticəsində 11 nəfər ölüb
# 09 iyul 2015 02:11 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Krasnoyarsk diyarında ağır yol qəzası baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Balaxtinsk rayonu ərazisində, “Yenisey” M-54 avtomagistralında qeydə alınıb.

 

Məlumata əsasən, Krasnoyarsk-Kızıl marşrutu ilə hərəkət edən sərnişin avtobusunun qarşıdan gələn mikroavtobusla toqquşması nəticəsində 11 nəfər ölüb.

 

Krasnoyarsk diyarı üzrə Dövlət Avtomobil Müfəttişliyinin rəhbərliyi və DİN-in operativ-istintaq qrupu hadisə yerinə yollanıb. Hazırda yol-nəqliyyat hadisəsinin təfərrüatları və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR