Bank Of Baku

Rusiyada bir sutkada 56 min hektar meşə yanıb

Rusiyada bir sutkada 56 min hektar meşə yanıb
# 19 iyul 2018 03:34 (UTC +04:00)

Rusiyanın Uzaq Şərq regionunda  meşə yanğınları son sutka ərzində 56 minə yaxın hektar meşə sahəsini məhv edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ümumilikdə bölgədə  164 yanğın ocağı qeydə alınıb. Yakutiyada 112, Maqadan vilayətində - 42, Xabarovsk diyarında – 9, Saxalin vilayətində isə 1 meşə yanğını qeydə alınıb. Son sutka ərzində 25 yeni yanğın ocağı əmələ gəlib, 8-i söndürülüb. Sutka ərzində alov 55,8 min  hektar meşə sahəsini məhv edib.

 

Yakutiyanın bütöv meşə ərazilərində fövqəladə vəziyyət rejimi, 8 rayonda isə yanğına qarşı xüsusi rejim tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR