Bank Of Baku

Rusiyada meşə yanğınlarının sahəsi 5,5 min hektar artıb

Rusiyada meşə yanğınlarının sahəsi 5,5 min hektar artıb
# 19 iyun 2018 03:35 (UTC +04:00)

Rusiyada meşə yanğınlarının sahəsi sutka ərzində 5,5 min hektar artaraq 15,9 min hektara çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda ölkə ərazisində ümumilikdə 71 yanğın ocağı qeydə alınıb.

 

Meşə yanğınlarından ən çox Krasnoyarsk diyarı və Yakutiya zərər çəkib. Yanğınla mübarizə daha doqquz federasiya subyektində aparılır.

 

Yanğınların söndürülməsinə 2 000-dək canlı qüvvə, 232 ədəd texnika və 85 hava nəqliyyatı cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR