Bakı-APA. Rusiyanın Voronej şəhərində təyyarə məcburi eniş edib. APA-nın məlumatına görə, bu barədə “RBK” Rusiya Fövqəladə hallar nazirliyinin mətbuat katibliyinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Belqorod-Moskva reysini həyata keçirən “SAAB-340” tipli sərnişin təyyarəsi “Çertoviski” hava limanında qəzasız məcburi eniş edib.
Məcburi enişin səbəbi sol mühərrikin nasazlığı ilə bağlı olub.
Hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Təyyarənin göyərtəsində 17 sərnişin və 3 heyət üzvü olub.