Rusiyanın Taqanroq şəhərində yaşayış binasında partlayış olub.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, insidentin mənzillərdən birində baş verdiyi bildirilir.
Hadisə nəticəsində bir nəfərin öldüyü təsdiqlənib. Partlayışın səbəbləri müəyyənləşdirilir.