Rusiyada yaşayış evində qumbara partlayıb.
APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, hadisə Ulan-Ude şəhərində qeydə alınıb.
İnsident nəticəsində 1 kişi hadisə yerində ölüb, daha 1-i yaralanaraq xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.