Bank Of Baku

Rusiyadan Türkiyəyə turist axınını bərpa etmək üçün 1 aya yaxın vaxt lazımdır

Rusiyadan Türkiyəyə turist axınını bərpa etmək üçün 1 aya yaxın vaxt lazımdır
# 29 iyun 2016 14:22 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyadan Türkiyəyə turist axınını bərpa etmək üçün bir aya yaxın vaxt lazımdır.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Turizm Operatorları Assosiasiyalarının vitse-prezidenti Dmitri Qorin bildirib. O deyib ki, hazırda Türkiyəyə heç bir tur yoxdur: “Rusiyadan az sayda Türkiyə şəhərlərinə birbaşa reyslər həyata keçirilir. Prezidentin göstərişi ilə turizm sahəsində məhdudlaşdırıcı tədbirlər aradan qaldırılan kimi, bu sahədə Türkiyə turoperatorları ilə danışıqlara başlanacaq".


D. Qorin onu da əlavə edib ki, təxminən bir aydan sonra Türkiyəyə Rusiyada səyahət paketinin satışına başlana bilər: "Fikrimcə, turizm sahəsində əlaqələrin bərpasından sonra türkiyəli tərəfdaşlarımız rusiyalılara qiymətlərdə endirimlər edəcəklər".    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR