Bank Of Baku

Rusiyanın BMT-dəki daimi nümayəndəsi: “Rusiya Ukrayna ilə bütün siyasi əlaqələri kəsib” - VİDEO

Rusiyanın BMT-dəki daimi nümayəndəsi: “Rusiya Ukrayna ilə bütün siyasi əlaqələri kəsib” - <span style="color: red;">VİDEO
# 07 mart 2014 13:03 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.

 

BMT-nin rəsmi internet səhifəsində yer alan xəbərdə deyilir ki, V.Çurkin Ukraynada aksiya iştirakçılarının və polislərin snayperlər tərəfindən öldürülməsi ilə bağlı müstəqil araşdırma aparılacağına ümid edir. Rusiyalı diplomat snayperlərin müxalifət tərəfindən kirayələnmiş təxribatçılar olduğuna işarə edən Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eştonla Estoniya xarici işlər naziri Urmas Paet arasındakı telefon danışığına diqqət çəkib: “21 fevralda imzalanan sazişin tələbləri yerinə yetirilməlidir. Bu sazişə görə, Ukraynada insanların ölümü ilə bağlı baş verən hadisələr müstəqil araşdırılmalı idi. Buna görə də, Ukrayna müxalifəti həmin sazişin tələblərinin yerinə yetirməkdən imtina edib”.

 

Krımda keçiriləcək referendumla bağlı sualı cavablandıran V. Çurkin bildirib ki, səsverməyə iki məsələ çıxarılıb: “Onlardan biri Krımın Rusiyaya birləşdirilməsi, digəri isə geniş səlahiyyətlərlə Krımın Ukraynanın tərkibində qalmasıdır”  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR