Bank Of Baku

Rusiyanın keçmiş müdafiə naziri istintaqa ifadə verir

Rusiyanın keçmiş müdafiə naziri istintaqa ifadə verir
# 28 dekabr 2012 07:45 (UTC +04:00)

 

Bakı – APA. Rusiyanın sabiq müdafiə naziri Anatoli Serdyukov “Oboronservis” dövlət müəssisəsindəki mənimsəmə faktı ilə bağlı istintaqa ifadə vermək üçün dekabrın 28-də səhər Rusiya Federasiyası İstintaq Komitəsinə gedib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, A. Serdyukovun yanında vəkil olmayıb. Onun vəkili Henrix Padva xəstə olduğunu, bu səbəblə dindirmədə iştirak etməyəcəyini söyləyib.  

 

İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, keçmiş naziri ifadə verməyə çağırmaq üçün ciddi əsaslar var. O, A. Serdyukovun şahid qismində ifadə verəcəyini açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR