Bank Of Baku

Rusiyanın Xabarovsk vilayətində binada baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb - FOTO - YENİLƏNİB

Rusiyanın Xabarovsk vilayətində binada baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 30 oktyabr 2015 05:42 (UTC +04:00)

Bakı-APA. Son məlumata görə, Rusiyanın Xabarovsk vilayətinin Korfovski qəsəbəsində yaşayış binasında ötən gün axşam saatlarında baş vermiş güclü partlayış nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, daha 10 sakin FHN xilasedicilərin köməyi və ya özləri dağıntılar altından xilas oluna bilib. 

 

 

*** 04.42

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 3-cü blokun konstruksiyaları uçub. Son məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 2 yaşlı qız daxil olmaqla, 2 nəfər xəsarət alıb.

 

Dağıntılar altında bir neçə sakinin qaldığı ehtimal edilir, hadisə yerində xilasetmə-axtarış tədbirləri davam etdirilir.

 

Məlumata görə, 27 mənzilli 3 mərtəbəli kərpic bina 1993-cü ildə istifadəyə verilib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR